Statistika Komitəsinin "orta aylıq maaş 1000 manatı ötdü" zarafatı
Dövlət Statistika Komitəsi məlumat yayıb ki, Azərbaycanda orta aylıq maaş 1000 manatı ötdü. Sonrada yazıb ki, bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal maaş əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1 003,3 manat təşkil edib: “İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub”.
Və dübarə qeyd edib ki, bu il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 749,4 min nəfər olub, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,9%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%i- isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
P.S.Bayaqdan xəbəri oxuyuram, oxuyuram, gülürəm, sonra gülürəm, gülürəm, bir də oxuyuram! 2021-ci ilin yanvarından 538 manat maaş alıram. Artıq 3 il 7 aydır. Allahımıza and olsun ki, üstünə 1 manat yox e, heç bir qəpik də artım olmayıb. Həyat yoldaşım da 1 ildən çoxdur ki, məktəblərin birində 380 manat maaşa fəhlə işləyir. Onun da maaşı 1 ildən də çoxdur ki, qalxmır. Çoxdan duyuq düşmüşdüm ki, Dövlət Statistika Komitəsində xəbəri kim yayırsa, hansı mətbuat katibi tərtib edirsə həddindən çox komik bir adamdı. Belə zarafat olar?
Əşşii, biz heç e, o gəlirdən 80 manat təqaüd alan veteran döyüşçülərin təqaüdünün üstünə niyə bir balaca artım gəlmir?
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Dekabr 2025 10:44
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
25 Dekabr 2025 19:38
Unun topdan satış qiyməti açıqlandı
25 Dekabr 2025 12:00
Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
25 Dekabr 2025 10:50
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39


Bakı -°C

