16 Sentyabr 2024 15:15
451
GÜNDƏM

Strabonun "fahişə" dediyi Anahidin heykəlini ermənilər qürurla qarşıladı - Sərgi olacaq

Hazırda bütün Ermənistan sevincə qərq olub və bu sevinci qürurla yaşayırlar.
Deməli , bu ilin yanvarında Ermənistan parlamentinin spikeri Alen Simonyan Telegram kanalında sevinclə yazdı ki, 2024-cü ilin sentyabrında Britaniya muzeyində saxlanılan müqəddəs ilahəmiz Anahitin bürünc büstü ilk dəfə İrəvanda sərgilənəcək:” Çox şadam ki, biz uzun müddət müzakirə olunan bu təşəbbüsü reallığa çevirə bildik. Biz Ermənistanda Anahit ilahəsini çoxdan gözləyirdik”.

Adalet.az xəbər verir ki, ermənilərin ilahə anası Anahitin baş heykəli və sol əli Böyük Britaniyadan Ermənistana gətirilib.
Sentyabrın 21-dən onlar “Anahitdən Məryəmə” adlı sərgi çərçivəsində
Ermənistanın Tarix Muzeyində nümayiş etdiriləcək, “Ana Tanrı. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məlumat verib ki, sərginin mərkəzi ilahəsi Anahitin bürünc heykəlidir, lakin burada bir neçə eksponat olacaq. Hökumət nazirliyə “Ana tanrı” üçün 15 milyon 693 min dram ayırıb.

Qeyd edək ki, Anahit və ya Anais erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur.E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə hayların əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.

Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki,
"Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi. Bu ölkənin qanunlarına görə adlı-sanlı ailələrin qızları yalnız ilahənin məbədində uzun müddət ərzində fahişəliklə məşğul olduqdan sonra ərə gedə bilərdilər. Bundan sonra onların ərə getməsində heç bir problem olmurdu”
Rus tədqiqatçısı V.L.Veliçko dediklərini qulağımda sırğa elədim: "Erməni qadınları öz xoşları, bəzən də zor gücünə digər xalqların - İran əsgərlərinin, türklərin, gürcülərin və dağlıların məşuqələri olmuşlar. Erməni qızları və qadınlarının bu məşuqları öz bəkarətini çoxdan itirmiş həmin məşuqələrinə ləyaqətsiz vücudlar kimi baxmışlar. Elə bu səbəbdən də ermənilərin damarlarında həddən artıq müxtəlif millətlərin qanları axır".

Alman filosofu Fridrix Engels bir erməni ”ilk”indən bizi belə xəbərdar edir: "Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasələr və fahişələr erməni kənizləri olmuşlar". "Anaların milliyyəti olmur” deyənlərə cavab olaraq söyləyim ki, fahişəliyin banisi , ermənilərin sevimli anası olan Anahit "dünyanın qədim peşəsi”ndə bir "ilk”dir.

Dara-bara salıb, "yox, belə deyil” deyənlərə də bildirim ki, ermənilərin fahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərc olunan "Fahişəliyin tarixi” kitabında yazır: "Onun (ilahənin) şərəfinə ətrafında sevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddə yalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pulları qadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular”.

P.S. Boyunuzu yerə soxum...Qürur duyurmuşlar...

 Əntiqə Rəşid