Strateji kommunikasiya ulduzları İstanbula toplaşacaq
Dekabrın 13-də İstanbulda 4-cü Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 24” öz işinə başlayacaq.
Adalet.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə 30 ölkədən 3000-dən çox qonağın iştirakı gözlənilir.
“Haliç Konqres Mərkəzi”ndə keçiriləcək Sammitdə dünya ölkələrinin akademik qurumları, beyin mərkəzləri, dövlət sektoru, mətbuat, özəl sektor, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri “Kommunikasiya və süni İntellekt: tendensiyalar, tələlər və transformasiya” mövzusunda müzakirələr aparacaqlar.
8 panel, 4 çıxış və 6 təkbətək sessiyadan ibarət “Stratcom 24” Sammiti yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar və təcrübələr üzərində dayanmağı, eyni zamanda bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyir.
Eyni gündə üç təkbətək sessiya keçiriləcək. Sessiyalarda Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıçın “AI dövründə Türkiyə hökumətinin milli təhlükəsizlik perspektivi”, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “AI və strateji inkişaf: Azərbaycanın gələcəyinə baxış”, Fələstinin Telekommunikasiya və rəqəmsal iqtisadiyyat naziri Abed-Alrazzaq Natshehin “Rəqəmsal transformasiyanın idarə edilməsi: Fələstinin telekommunikasiya vizyonundan anlayışlar” mövzusunda çıxış edəcəkləri gözlənilir.
Beləliklə, iki gün davam edəcək Beynəlxalq Strateji Kommunikasiya Sammitində (“Stratcom 24”) süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya və məlumat qarışıqlıqları ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Digər Xəbərlər
23 Yanvar 2026 23:59
Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO
23 Yanvar 2026 23:21
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
23 Yanvar 2026 23:07
Trampa qarşı çıxmayın, hər şeyi itirə bilərik - Meloni
23 Yanvar 2026 22:57
ABŞ-ın Suriyada qalması üçün bir səbəb yoxdur - Hakan Fidan
23 Yanvar 2026 18:00
Əbu-Dabidə nə edəcəyimizi bilirik - Zelenski
23 Yanvar 2026 17:45
Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
23 Yanvar 2026 11:24
2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri – FOTOLAR
23 Yanvar 2026 10:14


Bakı -°C

