adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 16:48
94
KRİMİNAL
A- A+

Su sayğacında gizlədilən açarı tapıb evi soydular

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.

Adalet.az xəbər verir ki, zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı X.Cəlilov və 36 yaşlı C.Səfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, ev sahibi azyaşlı övladı ilə gəzməyə gedərkən digər övladının evə daxil ola bilməsi üçün mənzilin açarını su sayğacının üzərinə qoyub.

Saxlanılan şəxslər isə binaya daxil olaraq sayğacları bir-bir yoxlayıb, açarın orada olduğunu aşkar etdikdən sonra mənzilə girərək oğurluq ediblər.

Yasamal rayonunda isə 600 manat dəyərində olan iki velosipedi talayaraq 50 manata satan, əvvəllər məhkum olunmuş 27 yaşlı M.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.