15 Oktyabr 2024 16:41
119
GÜNDƏM

"Su və gender bərabərliyi" mövzusunda konfrans keçiriləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək. 

Adalet.az xəbər verir ki, tədbir 16 oktyabr 2024-cü il tarixində, saat 10:00-da ADA Universitetində keçiriləcək.