15 Oktyabr 2024 10:29
295
GÜNDƏM

Gürcü siyasətçinin erməniliyini aşkar edən "Şalaxo" rəqsi -POSTV ifşa etdi 

Gürcüstanın ən varlı adamlarından biri, bazar dəyəri 1 milyard dollara yaxın olan “TBC Bank”ın qurucusu və sahibi, Mamuka Xazaradze gürcü ictimaiyyətində hazırda qəzəblə qarşılanır.

Adalet.az
xəbər verir ki, Gürcüstanın iqtidaryönlü POSTV telekanalı “Lelo” partiyasının lideri, müxalif “Güclü Gürcüstan” alyansının aparıcı siması Mamuka Xazaradzenin erməni əsilli olduğunu iddia edib və onun simasında ölkədəki bütün ermənilərə qarşı nifrət ittihamları irəli sürüb .
Beləki, oktyabrın 11-də POSTV telekanalının adı açıqlanmayan jurnalisti Xazaradzenin erməni köklərini gizlətməkdə ittiham edərək ona təzyiq edib və bunu əks etdirən video yayıb.
-Niyə etnik mənşəyinizi gizlədirsiniz?
-...
-Biz bilirik ki, sizin erməni kökünüz var. Bunu etiraf etməyə utanırsınız?, - deyə jurnalist soruşub.


POSTV-nin yayımladığı videoda çaşmış kimi görünən Xazaradze erməni köklərini inkar edir və jurnalisti sübut təqdim etməyə çağırır. Daha sonra o, replika ilə cavab verir. "Sən də taylandlı ola bilərsən..."

Jurnalist Xazaradzeyə xəbərdarlıq edir ki, əlində sübut var və onu nə vaxtsa göstərəcək.

Erməni mediası gürcü  televiziyasının bu mövqeyindən möhkəm inciyərək yazır:" Müsahibənin yayımlanmasından bir neçə saat sonra “Çoxmillətli Gürcüstan” azlıqların hüquqlarının müdafiəsi qrupu bunu “ayrı-seçkilik” və “cəmiyyətdə kök salmış stereotip (indiki halda erməni nifrət) münasibətə əsaslanan” kimi pisləyib.
POSTV istər Xazaradzeyə ünvanlanan suallarda, istərsə də internetdə yayılan videonun başlığında ermənilərin “gürcülərin çoxəsrlik qardaşlıq və tarixə malik olduqları” “ən yaxşı xalq” olduğunu, ayrı-seçkilik xarakterli sorğu-sual ittihamlarının qarşısını almağa çalışıb. “Tiflis erməniləri şəhərin unikal simasıdır”.
İctimaiyyətin diqqətini çəkən 11 oktyabr videosu olsa da, ötən günlərdə Xazaradze iddia etmişdi ki, “Şalaxo” erməni rəqsidir və elə o vaxtdan siyasətçi erməni xislətini ələ vermişdi. Bunu anlayan gürcülər məsələyə etinasız qalmayaraq içlərindəki "erməniyə nifrət"haqq səslərini büruzə veriblər. Beləliklə,oktyabrın 1-də " POSTV “Xazaradzenin erməni Şalaxosu” adlı videoçarxı yarandı.
POSTV isə videoda bu qənaətə gəlib ki, “Şalaxo” ənənəvi Qafqaz xalq rəqsidir, xüsusilə ermənilər və gürcülər arasında məşhurdur.

 Əgər iki xristian xalqın bir-birinə qarşı nifrətinin kökünü bilmək istəyirsinizsə, onda bu sətirləri oxuyun: 

Bir müddət əvvəl Gürcüstan mediasında məşhur jurnalist Qiqi Kalandadze tərəfindən “Baqramyan” batalyonunun döyüşçüsünün xatirələrindən bir hissə paylaşılmışdı. “Baqramyan” batalyonu gürcü-abxaz müharibəsi zamanı gürcü əhalisinə qarşı törətdikləri vəhşiliklər, dinc əhaliyə qarşı olan qəddarlığı ilə seçilirdi. Bu batalyonun döyüşçüləri yüzlərlə dinc insanı amansızlığla qətlə yetirmiş, ağlasığmaz işgəncələr etmişdir.
Onu da qeyd edək ki, Ermənistan höküməti hələdə “Baqramyan” batalyonunun 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsi zamanı törətdiyi cinayətlər barəsində heç bir açıqlama verməyib.

Kalandadzenin istifadə etdiyi gürcü-abxaz döyüşlərinə həsr olunmuş kitabda “Baqramyan” batalyonunun döyüşçüsü ermənilərin gürcü əsgərlərin silahlarını necə oğurladıqlarından danışıb:
“Gürcülər Abxaziyada yaşayan ermənilərə güvənirdi, məndə bu güvəndən istifadə etdim. 3 litrlik qaba araq doldurub gürcü əsgərlərinin olduğu düşərgəyə getdim. Onlar mən gətirdiyim araqı içib yuxuya getdilər. Əvvəlcədən planımı danışdığım 3-4 yoldaşımı gizlicə düşərgəyə keçirtdim və biz gürcü əsgərlərin silahlarını götürüb onları elə yatdığları yerdə güllələdik. Onlar bir də oyana bilmədi. Sonra ordaki bütün silah-sursatı yığıb düşərgəni tərk elədik. Gürcülərdən götürdüyümüz silahları orda yaşayan ermənilərə payladıq və beləcə yerli erməni əhalisini silahlandırdıq. Bu bizim üçün böyük uğur idi”.
Hələ 2006-cı ildə milliyətcə abxaz olan gürcü yazar Serqi Sadjaya “Baqramyan” batalyonunun döyüşüçülərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, cinayətlərdən yazmışdı:
“”Baqramyan” batalyonunun döyüşçüləri əsir düşmüş gürcü əsgərlərini və ya elə dinc əhalini ağaca bağlayıb, başlarına torba keçirib diri-diri yandırırdılar.
Xeyli sayıda qadınları zorlayıb sonra isə vəhşicəsinə öldürürdülər. Yaştxva kəndində gənc gürcü qız erməni ailəyə güvənib, onların evində gizlənirdi. Həmin ailə qızcığazı “Baqramyan” batalyonunun döyüşçülərinə təhvil verdi və bütün batalyon gənc qızı sıra ilə zorladı və sonda gənc qız ağlını itirib dəli oldu”.

Ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan Nodar Natadze isə bunları yazır:
“Baqramyan adına olan batalyon çox sayda cinayətlər törədib. Müharibənin sonrasında gürcü partizanlar erməni döyüşçüsünü əsir götürmüşdülər. O ağlamağa başladı və partizanlara onu öldürməmələri üçün yalvarırdı və onlar üçün her şey edə biləcəyini söyləyirdi. Sonda partizanların erməniyə yazığı gəldi və onu buraxmağa hazırlaşanda erməninin döş cibində bir balaca bağlama tapdılar. Bağlamanı açanda içindən çıxardılmış gözlər, kəsilmiş burun ve qulağlar çıxdı. Əlbəttə ki, bunlar dinc gürcülərin kəsilmiş burnu, qulağı və çıxardılmış gözləri idi, çünki o vaxt abxazlar ermənilərə öldürülmüş hər gürcü üçün 100 dollar ödəyirdilər və onlar sübut kimi öldürülmüş şəxsin kəsilmiş hansısa bir orqanını tələb edirdilər. Beləcə, erməni döyüşçünün “Baqramyan” batalyonundan olduğu məlum oldu”.

Bu hadisələrin şahidi olan German Beseliye yazır:
“Çox insan öz ev-eşiklərini atıb getmək istəmirdi, çünki çoxunun evində yataq xəstələri var idi. Erməni döyüşçüləri Marxeuli kəndinə qirib gürcülərə divan tutmağa başladı. Mənim qonşum samanların içinə gizlənməyi bacardı lakin ermənilər bunu gördü ve samana benzin töküb yandırdılar ve kənarda dayanıb arvadın necə yandığına baxdılar. Hər kəsin gözünün qabağında yaşlı gürcü qadının başını balta ilə kəsdilər. Onlar gürcülərə qarşı çox qəddar idilər”
“Baqramyan” batalyonunun cinayətləri barədə Gürcüstanın Baş Prokurorluğunda 200 cildə yaxın cinayət işinin olduğu iddia edilir.

Əntiqə Rəşid