16 Oktyabr 2024 11:52
132
GÜNDƏM

Sərhəddimizə yığılan 209 "casus" getməlidir - Səbəb 

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" sərhəddə yerləşdikləri gündən ermənilərin təxribat xarakterli hərəkətlərində bir canlanma hiss olunurdu.

Məsələn, 8 oktyabrda Aİ "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Aİ bu misssiya ilə bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.


Adalet.az xəbər verir ki, Ermənistan, Azərbaycanın növbəti tələbini yerinə yetirmək məcburiyyətindədir. Beləki, Azərbaycan tələb edib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması dayandırılsın. Ermənistanın isə bu tələbi həyata keçirmək niyyətində olduğunu erməni mediası qəzəblə yazır.
Xatırladaq ki, ötən ilin dekabrında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borell Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin sayını 138-dən 209-a çatdıracağını elan etmişdi
Həmin vaxt Avropa diplomatiyasının rəhbəri Brüsseldə mətbuat konfransı zamanı bildirdi ki, bu barədə qərar Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən qəbul edilib.
Borell bu addımı “Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması yolu” adlandırmışdı.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya”nın üzvlərinin sayı 40 nəfər, xidmət müddəti iki ay müəyyən edilsə də, sonradan həm şəxsi heyətin sayı, həm də müddət artırıldı.


Əntiqə Rəşid