26 Mart 2025 18:53
637
DÜNYA

"Sülh müqaviləsi imzalayana qədər müharibə təhlükəsi var" - Rubinyan

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

"Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur", - o qeyd edib.

Rubinyan vurğulayıb: "Biz sülhə doğru irəliləyirik".

"Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir", - o əlavə edib.