29 Mart 2025 09:10
383
DÜNYA

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

“Qara dənizdə atəşkəslə bağlı razılaşmalar demək olar ki, hazırdır”.

Adalet.az-ın məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qrenlandiyaya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

“Əlbəttə, bizdə enerji infrastrukturu və Qara dənizdəki ticarət gəmiləri ilə bağlı demək olar ki, hazır olan atəşkəs var. Müəyyən nöqtəyə çatanda biz Ukraynada atəşkəsin növbəti mərhələsi üzərində işləyəcəyik”, - o deyib.

Vans həmçinin vurğulayıb ki, Vaşinqton bütövlükdə Ukraynadakı münaqişənin həlli üzrə danışıqların gedişinə nikbin baxır:

“Lakin ABŞ Prezidenti Donald Tramp daha əvvəl deyib və o, haqlıdır ki, biz vəziyyətin necə olduğuna nəzər yetirərək, özümüzü çox yaxşı hiss edirik. Güvənirik, amma yoxlayırıq”.