31 Mart 2025 19:32
1428
DÜNYA

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, Makron həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.

O, Ramazan bayramının bütün İslam dünyası üçün uğurlu olmasını arzulayıb.