adalet.az header logo
  • Bakı -°C
12 Dekabr 2025 12:22
71
DÜNYA
A- A+

"Sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik" - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan müqavilələrin Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını bildirib. 

Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan lideri Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad Forumu"nda verib.

"Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və bu, həm bu regionda, həm də ondan kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Biz Cənubi Qafqazda sabitliyi təmin edən hərtərəfli sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik", - deyə Tokayev qeyd edib.