Sülhməramlılar Qarabağdan gedəcək? - Peskovdan AÇIQLAMA

Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının uzadılması imkanları Azərbaycan tərəfi ilə müzakirə olunacaq.
Adalet.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İndi söhbət Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, Azərbaycan tərəfi ilə müzakirəmizin mövzusu olacaq”, - Peskov bildirib.
Faktiki olaraq, Ermənistan tərəfi artıq Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının gələcək fəaliyyətində iştirak etmir.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
