"Sumqayıt" - "Fehervar" oyununa nə qədər bilet satılıb?
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” - “Fehervar” (Macarıstan) matçına 4000 bilet satılıb.
Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
“Sumqayıt” rəsmisi bu gündən etibarən stadionun yanındakı kassaların da fəaliyyətə başlayacağını vurğulayıb:
“Satışa 9000-dən çox bilet çıxarılıb. İndiyə kimi 4000 bilet satılıb. Bu gündən etibarən stadionun yanındakı kassalar fəaliyyətə başlayacaq. Əlavə olaraq iTicket.az və 1 saylı Asan Xidmət mərkəzində də bilet satışı davam edir”.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Digər Xəbərlər
23 Fevral 2026 14:36
""Nyukasl"la cavab oyununa yaxşı hazırlaşmışıq" - Qurban Qurbanov
23 Fevral 2026 10:40
Azərbaycan millisi UEFA-nın turnirində sonuncu oyununa çıxır
23 Fevral 2026 09:08
XXV Qış Olimpiya Oyunları başa çatdı
22 Fevral 2026 19:51
“Sabah” “Qarabağ”la xal fərqini 7-yə çıxardı
22 Fevral 2026 18:51
Qurban Qurbanovun narazı olduğu stadionda qeyri-adi problem - VİDEO
22 Fevral 2026 18:25
Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
22 Fevral 2026 16:55
"Şamaxı" "İmişli" ilə heç-heçə etdi
22 Fevral 2026 14:16


Bakı -°C

