"Sumqayıt "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Adalet.az xəbər verir ki, əvvəlcə meydana “Sumqayıt” və “Kəpəz” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. 22 xalı olan kollektivler müvafiq olaraq, 8-9-cu yerləri bölüşürlər.
Günün son matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.