adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2024 09:34
1302
İDMAN

“Sumqayıt” “Zirə”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Adalet.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.