Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Digər Xəbərlər
15 Dekabr 2025 12:42
Bakıda sərnişindaşıma adı ilə narkokuryerlik edənlər tutuldu - VİDEO
15 Dekabr 2025 10:22
Qayınanasını boğaraq qətlə yetirən gəlin və qardaşı saxlanılıb - YENİLƏNİB
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08


Bakı -°C

