adalet.az header logo
  • Bakı -°C
08 Dekabr 2025 09:09
74
HADİSƏ
A- A+

Sumqayıtda 7 aylıq körpə qızdırmadan öldü

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Adaet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.