Sumqayıtda ata və anasını öldürən 24 yaşlı oğul həbs edildi

Cari il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Sumqayıt şəhər prokurorluğundan Adalet.az-a verilən məlumata görə, ibtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisələr səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
24 Oktyabr 2025 08:45 Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - Qəribə cinayətin təfərrüatı - VİDEO
23 Oktyabr 2025 12:15 İrandan Azərbaycana 35 kq narkotik keçirmək istədi
23 Oktyabr 2025 11:34 Şəmkirdə maskalı şəxs evə basqın etdi - VİDEO
23 Oktyabr 2025 10:52 

Bakı -°C 










