Surenyantsdan səfirə cavab:"Qarabağı Azərbaycana verən Makron..."

Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyən Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin fikirləri erməni siyasətçilərini xeyli əsəbləşdirib.
Adalet.az xəbər verir ki, erməni politoloq Suren Surenyants Facebook səhifəsində Dekottininin fikirlərinə kəskin reaksiya verib. O bildirib ki, səfirin ya yalan danışır və ya məsələdən xəbərsizdir:” Fransanın Ermənistandakı səfiri yalan danışır və ya tam bilgisizdir. O,öz prezidentinin reputasiyasını qoruyur. 9 noyabr bəyanatının mətnində Dağlıq Qarabağın statusu belə əvvəlcədən müəyyən edilməmişdi".
Politoloq fransalı səfirə həmin dönəmlərdə Fransanın ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olduğunu xatırladaraq qeyd edir: “Bu fakt xüsusilə ona görə çaşdırıcıdır ki, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir.
Əgər Dağlıq Qarabağın statusu 1991-ci ildən öncədən müəyyən edilibsə, onda Dağlıq Qarabağ probleminin həlli prosesinin nə mənası var idi, xüsusən də vasitəçilərin təqdim etdiyi onlarla variantdan yalnız biri Dağlıq Qarabağın statusunu əvvəlcədən müəyyənləşdirilmədiyindən, bütün digər variantlarda Dağlıq Qarabağın statusunu müzakirə etməsinə, Qarabağın Ermənistana birləşməsinə icazə verilmirdi.
Hətta 9 noyabr tarixli üçtərəfli bəyanatın mətnində Dağlıq Qarabağın statusu əvvəlcədən müəyyən edilməmişdi və bəli, 2022-ci il oktyabrın 6-da Baş nazir Nikol Paşinyanın, Fransa Prezidenti Emmanuel Makronun və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Co Baydenin vasitəçiliyi ilə Praqada Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı".
Erməni siyasətçi fikirlərinə davam edir:”Nikol Paşinyan faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistanın ilk lideri olub və bu məsələdə Azərbaycanla heç bir münaqişəsinin olmadığını bəyan edib.
Paşinyan tarixi təhrif edəndə, hər şeyi Alma-Ata bəyannaməsi və ya 1994-cü ilin üstünə atanda, bunu başa düşmək olar. O, şüurlu şəkildə artsaxın məhvinə getdi və indi məsuliyyətdən yayınmaq üçün “günahkarlar” axtarır. Prezidenti Makron Praqa Dördtərəfli Bəyanatının “xaç atalarından” biridir və onun səfiri Olivier Dekottni öz prezidentinin reputasiyasını xilas edir"- deyə Suren Surenyants vurğulayıb.
Xatırladaq ki, səfir Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirmişdi. Dekottini ərazinin Sovet Azərbaycanına məxsus olduğunu qeyd etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər

100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib

Komitə sədri Hacıqabulda vətəndaşları qəbul edib - FOTOLAR

“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb
