Suriyada ələvilər də qiyamçılara DƏSTƏK VERDİLƏR
Suriyada hakimiyyəti devirən qiyamçılar ölkədən qaçan prezident Bəşər Əsədin doğulduğu Latakiyanın Qardaha şəhərinin ağsaqqalları ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.
Agentliyin məlumatına əsasən, ağsaqqallar yeni hökumətə dəstək bəyanatı imzalayıblar.
İslamçı nümayəndə heyətinə sünni qrupları "Heyət Təhrir əş-Şam" və Azad Suriya Ordusunun üzvləri daxil olub. Qardahda onlarla din xadimi, ağsaqqal və başqa insanlar onlarla görüşüblər. Bundan sonra Ələvi nümayəndələri dəstək bəyanatı imzalayıblar.
Bəyanatda Suriyanın dini və mədəni müxtəlifliyi vurğulanır. Sünni qrupların üzvləri sənədi imzalamayıblar.
Ələvi dininə etiqad edən suriyalılar (Bəşər Əsəd ailəsi onlara məxsusdur) təxminən 10%-ni təşkil edir və Latakiyada cəmləşib. Əhalinin təxminən 70%-ni sünni müsəlmanlar təşkil edir və ölkədə xristianlar, kürdlər və digər qrupların da böyük icmaları var.
Digər Xəbərlər
04 Noyabr 2026 10:32
İndoneziya prezidentinin telefon danışıqlarını dinləyən polislər saxlanıldı
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39


Bakı -°C

