Suriyada qiyam başlayıb - Huveyca öldürüldü

Suriyada qiyam başlayıb.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, qiyam yeni hakimiyyətin Latakiya (prezident Bəşər Əsədin doğulduğu yer) kəndlərindən birini təmizləmək cəhdi səbəbindən başlayıb.
"Əl-Cəzirə" xəbər verir ki, bu gün Latakiya əyalətində və cənubda ələvilərin yaşadığı Dəra əyalətində təhlükəsizlik qüvvələri ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən döyüşçülər arasında şiddətli toqquşmalar baş verib.
Toqquşmalar zamanı Dəməşqdə yeni hökumətə tabe olan silahlı qüvvələr döyüş helikopterləri və ağır texnikadan istifadə edib. Son məlumatlara görə, toqquşmalar nəticəsində 16 təhlükəsizlik qüvvəsi həlak olub. Eyni zamanda Suriya Hava Kəşfiyyatının keçmiş rəhbəri İbrahim Huveyca öldürülüb. Onun yeni hakimiyyət Hafiz Əsədin prezidentliyi dövründə yüzlərlə qətldə günahlandırır.
Latakiyada Əsəd tərəfdarlarının dövlət binalarına, eləcə də şəxsi evlərə hücum etdiyi bildirilir.
Bu arada, cümə axşamı Tartus şəhərində kütləvi nümayişlər keçirilib və iştirakçılar Dəməşqdə yeni hökumət əleyhinə şüarlar səsləndiriblər. Şəhərdə axşam saat 22:00-dan səhər saat 10:00-a qədər komendant saatı tətbiq edilib.
Bu arada, əsasən druzların yaşadığı qonşu Suveyda əyalətində fəallar küçələrə çıxaraq ölkədə hakimiyyətin dəyişdirilməsini tələb ediblər.
Digər Xəbərlər

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edəcək

İƏT xarici işlər nazirləri İsrailin Suriyadan çəkilməsini tələb edir

Zelenski Səudiyyə Ərəbistanına gedir

Ukrayna Belqorodda 3 məntəqəyə hücum etdi

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq

Orban: Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq

Türkiyənin hərbi-siyasi rəhbərliyi İordaniyaya səfər edəcək
