Suriyada şəhər meri və oğlu öldürülüb

Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb.
Adalet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır.
Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib.
Daha əvvəl siyasətçi sakinləri paytaxtın druzlar yaşayan ətraf ərazilərində sabitliyin bərpası üçün Suriya hakimiyyətinin fəaliyyətlərini dəstəkləməyə çağırmışdı.
Mayın 1-də Caraman və Saxnaya ətraflarında atəşkəsin elan edildiyi bildirilib, burada iki gün ərzində Dəməşqdəki keçid hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ilə yerli silahlı dəstələr arasında toqquşmalar davam edirdi. Bu barədə razılaşma hakimiyyət nümayəndələrinin druz icmasının ağsaqqalları ilə görüşündən sonra əldə edilib.
Digər Xəbərlər

Zelenski Əhməd Dudayevə sanksiya TƏTBİQ ETDİ

Şahbaz Şərif Türkiyəyə getdi - VİDEO

Putinin helikopterini vurmağa ÇALIŞDILAR

Kiyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bakıya minnətdardır - Sibiqa

Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir

"Bloomberg": Avropa ölkələri Ukraynaya göndərmək üçün ABŞ-dən silahlar almaq istəyir

Hakan Fidan Rusiyaya gedəcək
