25 May 2025 20:38
348
HADİSƏ

Bakıda mənzil və ağaclar yandı - VİDEO + YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

 

***19:02

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasında söndürülüb.

Adalet.az xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb.

 

***18:33

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.

Adalet.az xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.