23 May 2025 08:40
108
HADİSƏ

 Qaz sızması...

Bir çox halda mənzillərə qaz sızması nəticəsində  partlayış baş verir və zaman ölən, xəsarət alanlar olur!

Təbii ki, hadisənin baş verməsinin səbəbləri  obyektiv araşdırılmalı,  kimlər məsuliyyət daşımalıdır, aydınlaşdırılmalıdır.  Əlbəttə, əgər mənzildə  qaz sızması nəticəsində partlayış baş verirsə, bunun üçün birmənalı olaraq  ev sahibləri məsuliyyət daşıyır!

Əgər mənzil sahibi qaz sızmasını bilib, aidiyyatı yerə- qaz idarəsinə  müraciət edirsə və onlar da vaxtında hadisə yerinə gəlib texniki nasazlığı aradan qaldırmırsa,  bax onda məsuliyyət qaz idarəsinin üzərinə düşür.

Bəzi hallarda hər ikisi- həm ev sahibi, həm də qaz idarəsi öz vəzifəsini yerinə yetirmir. Bu isə hər hansı partlayışa  münbit şərait yaradır! Qaz partlayışı olanda isə bədbəxt hadisə  qaçılmazdır!!!

Emil Faiqoğlu