Qlıboçko Mehriban Əliyevanı təbrik etdi
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.
Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!”
Digər Xəbərlər
25 Avqust 2026 11:00
“Böyük tarixləri yaratmağı yalnız böyük tarixi şəxsiyyətlər bacarırlar”
24 Avqust 2026 20:33
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - FOTOLARI
24 Avqust 2026 19:59
Prezidentin Özbəkistana səfəri BAŞA ÇATDI - FOTOLAR
24 Avqust 2026 18:04
Zelenski Hikmət Hacıyevi ordenlə təltif etdi
24 Avqust 2026 17:50
Gələn həftə deputatların tətili BAŞA ÇATIR
24 Avqust 2026 16:57
Prezidentlər və birinci xanımlar Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
24 Avqust 2026 16:56
İlham Əliyevin sosial media hesablarında İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
24 Avqust 2026 14:50


Bakı -°C

