25 May 2025 08:47
111
DÜNYA

Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir

ABŞ Ordusu Rusiya-Ukrayna müharibəsi zamanı dronlardan istifadə təcrübəsini fəal şəkildə öyrənir.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vest-Poyntda Hərbi Akademiyanın məzunları qarşısında çıxışı zamanı deyib.

"İstər inanın, istərsə də inanmayın, siz hər şeyin müharibə qədər sürətlə dəyişdiyi işdə və peşədəsiniz. Təəssüf ki, biz bunu Rusiya və Ukraynada görürük. Bunu öyrənmək çox qorxulu şeydir, lakin biz müxtəlif döyüş formalarını görürük. Biz pilotsuz təyyarələrin sürətlə və dəqiq bucaq altında endiyini görürük”, - ABŞ lideri bildirib.

O vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin əsas vəzifəsi ölkənin sərhədlərini işğaldan qorumaq olacaq.

Tramp həmçinin bildirib ki, ABŞ hipersəs silahlarının hazırlanmasını başa çatdırıb və hazırda onları böyük miqdarda istehsal edir.