Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək

Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən bu günə kimi 40 milyon dollardan artıq Ukraynaya humanitar yardım göstərib.
O əlavə edib ki, Azərbaycan yaxın dövrdə keçiriləcək Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür:
“Ona görə Azərbaycan da bu tədbirin iştirakçısı olacaq”.
Qeyd edək ki, konfrans 10-11 iyun tarixlərində İtaliyanın paytaxtı Romada baş tutacaq.
Digər Xəbərlər

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır - Ceyhun Bayramov

Zelenski İlham Əliyevi TƏBRİK ETDİ

İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək - Əliyevlə Ərdoğan da qatılacaq

"5 il əvvəl kiməsə desəydim, xəyal kimi qəbul olunardı" - Hikmət Hacıyev

Pakistan XİN-dən Şahbaz Şərifin Azərbaycana səfəri ilə bağlı BƏYANAT

İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib
