Qurbanov “Barselona”nın baş məşqçisi ilə görüşdü

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.
Adalet.az xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10-un məşqlərini izləyib.
Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. Flik komandamızın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.
Digər Xəbərlər

“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

Toral Bayramovun qolu Avroliqanın ilk onluğunda - VİDEO

Fernandu Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"

Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşacaq

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa - VİDEO

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib

AHİİTA idmançıları beynəlxalq turnirində 2 medal qazanıb
