Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik
Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddəyə əsasən inzibati xəta haqqinda protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sisteminin yaradılması təklif edilir. Belə ki, "İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqinda protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir.
Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcəkdir.
Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunmuşdur. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Digər Xəbərlər
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35
Prezident açılışda çıxış etdi - Tam mətn + FOTOLAR/YENİLƏNİB
08 Yanvar 2026 11:46
İrəvan Azərbaycanla bağlı bu məlumatı təsdiqlədi
08 Yanvar 2026 10:44
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edildi
08 Yanvar 2026 10:40


Bakı -°C

