Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.
Qoruq İdarəsindən Adalet.az-a verilən məlumata görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur.
İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur.
Şirkətlər avqustun 9-a kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-ə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.
Digər Xəbərlər
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Kənd təsərrüfatı sahəsində tikinti ilə bağlı yeni qayda
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 10:36


Bakı -°C

