Şuşadakı abidələr razılaşdırılmadan başqa yerə köçürülə bilməz
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Adalet.az xəbər verir ki, qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.
Digər Xəbərlər
08 Iyul 2026 16:00
Metronun iş saatı UZADILACAQ
08 Iyul 2026 15:03
HHQ və XTQ komandanları təltif olunub
08 Iyul 2026 12:49
Zakir Həsənov Quru Qoşunlarında əməliyyat təlimini izlədi - VİDEO
08 Iyul 2026 12:34
FHN və DSX birgə təlim keçirdi - VİDEO
08 Iyul 2026 09:23
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
07 Iyul 2026 19:45
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - VİDEO + FOTOLAR
07 Iyul 2026 18:52
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ kitab albomu təqdim edildi
07 Iyul 2026 17:10


Bakı -°C

