Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Şuşaya səfər edənlərin hansı qaydalara diqqət yetirməli olduqları açıqlanıb.
Adalet.az-ın məlumatına görə, Şuşa polis rəisi polkovnik Səməd Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar bir sıra təhlükəsizlik qaydalarına əməl etməlidir.
“Məlum olduğu kimi Şuşa şəhəri minalardan tam təmizlənib. Amma ehtimal var ki, müəyyən yerlərdə döyüş sursatları görmək mümkün olsun. Həmin anda dərhal polis əməkdaşlarına məlumat vermək lazımdır, döyüş sursatlarına toxunmaq olmaz”, - deyə S.Məhərrəmov vurğulayıb.
O həmçinin hərbi qulluqçuların, polis əməkdaşlarının xidmət apardığı postlarda çəkiliş aparmağın yolverilməz olduğunu diqqətə çatdırıb. “Cıdır düzündə göstərilən yerə qədər getmək lazımdır. Düzdür, orada təhlükəsizlik tədbirləri görülüb, ancaq hər kəsdən xahiş edirik ki, göstərilən yerə qədər getsinlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.(trend)
Digər Xəbərlər
24 Sentyabr 2026 12:14
Hava ilə bağlı - Xəbərdarlıq
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

