adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyun 2023 15:30
554
SİYASƏT

"Bu, hərbi cinayətdir..." -Telman Qasımovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Ukraynanın Kaxovka SES-in bəndi partladılıb. Ukrayna bunun təşkilatçısı və icraçısının Rusiya olduğunu iddia etsə də, Rusiya bu iddianın onlarla qətiyyən əlaqəsi olmadığını deyir.

Tanınmış  hərbi siyasi ekspert Telman Qasımov mövzu ilə baglı  Adalet az -a fikirlərini bildirib.

Ekspert deyir ki, Rusiya nə qədər hadisəni torətmədiyini desə də, Kaxovka su elektrik stansiyasında baş verən partlayışın məsuliyyətini bir başa  Rusiya daşıyır: "Bilmirəm, kiminsə ağlına başqa variant gələ bilərmi? Hamımız bilirik ki, Rusiya ötən il Ukraynaya hücum edərkən uzaqbaşı 2-3 gündən sonra oranı təslim edəcəyini söyləyirdi. Artıq 1 il 5 aydır ki, Rusiya umduğun əldə edə bilməyib. Üstəlik yüz minlərlə canlı qüvvəsi,  milyard dollarlarla texniki təhcizatı, silah- sursatı əldən getdi və heç bir uğura imza ata bilmədi.

Adətən, hər zaman özünü məğlubedilməz, qüdrətli hesab edən liderlərin hədəfləri kimi, iddiaları da böyük olur! Hədəfə çatmayanda, iddiasını həyata keçirə bilməyəndə isə cığallıqları , oyunpozanlıqları başlayır! Ukrayna ordusunu məğlub etməyə gücü çatmayan Rusiyadan bu gözlənilən hərəkətdir. 44 günlük müharibəni xatırlayın! Uduzan Ermənistan ordusu  dinc əhalini bombalayaraq qırmağa, Mingəçevir SES - nı mərmilərlə partlatmağa calısmadımı?

Dünən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel in fikirlərini oxudum, onun Rusiyanı gunahlandırmasını dəstəkləyirəm. Bəli, bu  hərb cinayətdir"

Əntiqə Rəşid