Sumqayıt Dövlət Dram Teatrının "Ocaq" tamaşası oynanıldı
Sumqayıt Dövlət Dram Teatrı - 55. "Ocaq" (Turqut Özakman) tamaşası.
03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının "Ocaq" tamaşası oynanıldı.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşadan əvvəl İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamladı. O, İttifaqın "QONAQ TEATR" layihəsindən, onun əhəmiyyətindən danışdı. Sonra sözü Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova verdi. Firudin Məhərrəmov Sumqayıt Teatrına göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürünü bildirdi.
Çıxışlardan sonra istedadlı aktyorların iştirakı ilə göstərilən tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılandı.
Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrı və teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundu.
Şəlalə Camal
Digər Xəbərlər
25 Avqust 2026 14:35
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
24 Avqust 2026 12:30
Məşhur aktyorun anım günüdür
24 Avqust 2026 10:13
Bakıda axşam konsertləri təşkil edilib
23 Avqust 2026 23:54
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 Avqust 2026 23:05
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
21 Avqust 2026 17:32
Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı
18 Avqust 2026 16:53
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
18 Avqust 2026 13:52


Bakı -°C

