Güclü küləyin fəsadları

Hələ payız gəlməmişdən ölkəmizdə payız havası hökm sürür.
Leysan yağışlar yağır, güclü külək əsir, dolu düşur və hətta Şahdağa qar yağır. Bu çür anomal hava şəraiti dünyanın hər yerində yaşanır. Bir neçə gündür ki, ölkəmizdə qeyri-sabit hava şəraiti davam edir. Bölgələrə leysan yağışlar , dolu yağır, sel gəlir. Artıq sentyabrın 10-u səhər saatlarından Bakıda, Sumqayıt və digər yaşayış yerlərində güclü külək əsir.
Bir çox yerlərdə ağaclar qırılıb və kökündən çıxaraq aşıb. Aydındır ki, küləkli havada yüksək mərtəbəli binanın və qurumuş yaşlı ağaçların yandan getmək , orada durmaq çox təhlükəlidir.
Bu barədə öncədən Fövqəlada Hallar Nazirliyi əhalini xəbərdar edib. Elə bəlkə buna görə də insanlar ehtiyatla olub, güclü külək əsəndə xəsarət alanlar olmayıb. Ümumiyyətlə , belə qeyri-sabit havada həmişə daha diqqətli olmalı, məsuliyyət hissi unudulmamalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO

Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 16 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
