Pomidorun qiyməti kəllə-çarxa qalxdı
Biz axşam yatıb, səhər yuxudan duranda görürük ki, çox şeyin qiyməti bahalaşıb.
Artıq biz buna qarşı öyrəşmişik. Amma gəlin onunla razılaşaq ki, tay bu qədər də bahalaşma olmaz axı! Lap bu, ağ oldu ey! Reallıq budur ki, qiymətlər ceyran belinə qalxıb. İndi də son vaxtlar digər tərəvəz məhsulları kimi , pomidorun da qiyməti ildırım sürətilə artır. Məsələn, bir həftə bundan əvvəl kiloqramı 1 manata olan pomidor indi 3 manatla 6 manat arasında satılır. Hətta bəzi bazarlarda bu gün pomidorun kiloqramı 10 manatdır.
Bir çoxları qiymət artımını məhsul qıtlığı və fasiləsiz yağışların yağması ilə əlaqələndirirlər. Bu fikirlər bir o qədər də inandırıcı görünmür. Çünki süni qiymət artıb və monopoliya burada əsas rol oynayır. Ona görə də ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdir. Həmin vəzifəni isə İqdisadiyyat Nazirliyinin Antiinhisar Departamenti icra etməlidir.
Görünən odur ki, məlum qurum mövcud nöqsanlara göz yumur, neqativ catışmazlıqları aradan qaldırmağa cəhd eləmir. Çox təəssüf!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Mart 2026 17:28
Azərbaycanın xarici dövlət borcu azalıb
18 Mart 2026 16:47
Azərbaycan əhalisinin gəlirləri artıb
18 Mart 2026 15:26
Nağd pulla ev alanlara bu qədər ƏDV qayıdıb
17 Mart 2026 17:45
ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb
17 Mart 2026 17:30
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
17 Mart 2026 15:59
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
17 Mart 2026 13:01
Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir
17 Mart 2026 10:00


Bakı -°C

