25 Sentyabr 2023 22:48
470
DÜNYA

Rusiyadan sərt sözlər - Qarabağa burnunu soxmağa çalışan Makron peşman olacaq

Fransa prezidenti Emmanuel Makronun “Bu gün Azərbaycanla əlbir olan Rusiya, Bakının manevrlərinə hər zaman dəstək verən Türkiyə və Ermənistan sərhədini təhdid edən Azərbaycan hökuməti var” sözlərinə Rusiya sərt reaksiya verib.  

Adalet.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov adlarını çəkmədən Fransanı tənqid edərək, “Vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün onların əbəs cəhdlərindən qaçınmaq çox vacibdir” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvandakı görüşünü dəyərləndirən Peskov bunları deyib:

“Biz həmişə inanırıq ki, Azərbaycan prezidentinin, o cümlədən Türkiyə prezidentinin keçirdiyi bütün görüşlər regional təhlükəsizliyə və ölkədə həyatın normallaşmasına yönəlib”-deyə o, bildirib. 

Peskov Türkiyə və Azərbaycanın yaxın münasibətləri olan iki suveren dövlət olduğunu bildirib və bunları deyib: “Rusiya həm də Ankara və Bakı ilə sıx əlaqələri olan ölkədir”-deyə o, bildirib. 

Vasif Əlihüseyn