Onlara yuxarıdan aşağı baxmayın

Çoxlarımız şirin yuxuda olanda sübh tezdən onlar əllərində süpürgə Bakının küçə və prospektlərini təmizləyirlər.
Qışın şaxtasinda, yayın istisində həmişə işbaşında olurlar. Çox təəssüf ki, bəzi insanlar onlara yuxarıdan aşağı baxır. Əlbəttə, belə düşünənlər heç də düz eləmirlər. Ən azından ona görə ki, bu insanlar mənən çoxlarından təmiz və halal insanlardır. Onlar heç kimin haqqına girmir, öz halal alıntərlərilə yaşayırlar.
Bəlkə də bu süpürgəçilər dünyanın ən təmiz adamlarıdi. Hətta bəzi hallarda onlar həyatlarını təhlükəyə atır, məsuliyyətsiz sürücülər onları maşınla vurub, hadisə yerindən qaçırlar. Hansı ki, hadisə baş verəndə o insanlar kömək göstərilsə, həyatlarını xilas etmək olar.
Əfsuslar olsun ki, belə səhlənkar sürücülərin günahı üzündən bu səpgili yol- nəqliyyat hadisələri qaçılmaz olur. Ona görə də belə zəhmətkeş insanlara heç kim yuxarıdan aşağı baxmamalı, əksinə hamı onlara hörmətlə yanaşmalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO

Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 16 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
