Yeni sayt fəaliyyətə başladı
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış western-azerbaijan.az saytı fəaliyyətə başlayıb.
Saytda Qərbi Azərbaycanın tarixinə, tarixi mahallarına, soydaşlarımızın bu torpaqlarda yaratdığı maddi və mədəni irsə, ərazinin etnodemoqrafik vəziyyətinə, eləcə də “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində çəkilmiş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminə həsr olunmuş bölmələr yaradılıb. Saytın mənbələr bölməsində Qərbi Azərbaycanın tarixinə həsr olunmuş elmi ədəbiyyatın, müxtəlif dövrləri əks etdirən xəritələrin və sənədlərin rəqəmsal surətləri yerləşdirilib.
Azərbaycan, ingilis və erməni dillərində yayımlanan məqalələrdə Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələri (qalalar, məscidlər, saraylar və s.), incəsənət nümunələri (xalçalar, tətbiqi sənət nümunələri), mədəni mühit (ədəbiyyat, teatr, təhsil, mətbuat) haqqında beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəsilə tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir fotolar vasitəsi ilə dolğun informasiya çatdırılır.
Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Saytda təqdim olunan materiallar eyni zamanda Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı sinif şagirdləri, dünya azərbaycanşünasları, Ermənistan azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

