adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2024 15:20
7488
MEDİA

On minə yaxın əhalisi olan kənddə qəzet köşkü yoxdur...

Böyük Bəhmənli kəndi Füzuli rayonunun ən iri yaşayış məntəqələrindəndir.

Demək olar ki, bu kəndin hər  cür infrastrukturu var. Gözəl asfalt yolları, təbii qazı, su, işıq sistemi, məktəbləri, müasir tələblərə cavab verən klubu, uşaq bağçası...

Bir sözlə, hər şey çox gözəldir. Amma təkcə bir şey çatışmır- qəzet köşkü! Ötən əsrin 90-ç illərindən sonra bu kəndə qəzet gəlib çıxmır.

Kəndin ziyalıları isə sözün həqiqi mənasında qəzetə " tamarzı" dılar. Onlar deyirlər ki , bizim kənddə hər şey var, bir qəzet köśkü yoxdur. O da olsa, lap yaxşı olar! Ona görə də üzümüzü əlaqədar qurumlara tutub deyirik: bizim kəndimizdə  də qəzet köşkü açın! Bax bu bizim ürəyimizcə olar.

Emil Faiqoğlu