Ay can, ay can!
İndi çox adam qəzet oxumur.
Və bir də kimsə özunə əziyyət verib, köskdə qəzet almır, pulu da cibində qalır.
Elə kompüterdə internetə girib istənilən qəzetin elektron variantını oxumaq mümkündür. İndi nadir halda görürsən ki, metroda, avtobusda qəzet oxuyan var!
Ona insanlar qəribə baxırlar və beyinlərindən keçirirlər ki, bu dəliyə bax ey, qəzet oxuyur. Amma o " dəli" ən ağıllı adamdı.Çünki qəzet oxuyur! Və bir də axı, qəzetlər hörmətdən düşüb, sosial şəbəkələr, saytlar hörmətə minib.
Hətta onlarla müqayisədə televiziyalar da geridə qalır. Ay kişinin oğlu, bir qəzetin 2 min, uzaqbaşı 5 min trajı ola və onun da yarısı satılmaya o qəzet kimə lazımdı. Bax burada qəzet sahibləri günahkar deyil ha . Günahkar onu gözdən salanlar və bir də bataqlıq içində olan cəmiyyətdir! Ona görə də onların beynindən bu fikir keçir:" Qəzetlər hörmətdən düşdü, ay can, ay can!"
Emil Faiqoğlu