Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “COP29 silsilə mühazirələri”nə başlanılıb
Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayır.
Adalet.az xəbər verir ki, mühazirələrin keçirilməsində əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu sessiyası ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaqdır. Videoformatlı mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil ediləcək.
İlk mühazirəni deyən şərqşünas alim, Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib. Bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir. Quran-i Kərimin ayələrinə istinad edərək professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsini qeyd edir. Mühazirəçi israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulara aydınlıq gətirib.
Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyacaq.
Əlavə məlumat üçün:
Email: [email protected]
Telefon: (012) 526-16-16
(994) 55-362-90-95
Digər Xəbərlər
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06


Bakı -°C

