Hepatitlər yayılır
Heç kimə sirr deyil ki, indi mənşəyi məlum olmayan müxtəlif viruslar var. Və viruslar da günbəgün yayılmaqdadır.
Aydındır ki, bu virusların insana keçməsi nəticəsində müxtəlif ağır xəstəliklər yaranır. Elə viruslar var ki, heç onların müalicəsi də mümkün deyil. Ona görə də insanlar özlərini mütləq qorumalı və lazımi peyvəndlərin vaxtında vurdurmalıdırlar!
Belə təhlükəli viruslardan biri də hepatitlərdir. Bu viruslara ən çox insanlar stomotoloji kabinetlərdə dişləri çıxarılarkən və müalicə olunarkən yoluxurlar. Çünki həmin kabinetlərdə bir çox halda tibb avadanlıqlar sanitar və gigiyenik qaydalara uyğun saxlanılmır və bir şəraitdə pasiyentlərə həmin viruslar keçir.
Düzdür, ölkəmizdə kifayət qədər stomotoloji mərkəzlər və tibb ocaqları var. Və həmin yerlərdə gigyenik və sanitar qaydalara əməl edilir. Amma gəlin onunla razılaşaq ki, bu qaydalar əməl etməyən, tibb avadanlıqları normaya uyğun saxlamayan stomotoloqlar da var. Məhz elə hepatit virusları da bu normaların pozulduğu yerlərdə geniş yayılır.
Belə ki,nəzarət olmayan stomotoloji kabinetlərdə mövcud nöqsanlar bu gün də qalmaqdadır. Ona görə də əlaqədar qurumlar bu problemləri diqqət mərkəzində saxlamalı, əhalini bu virusa yoluxmaqdan xilas etməli, laqeyd stomotoloqları inzibati və cinayət məsuliyyətinə cəlb etməlidir!
Emil Faiqoğlu