Oqtay Ərgünəşlə görüş
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində. yazıçı- publisist Oqtay Ərgünəşlə gənc tələblərin görüşü keçirilib.
Tədbirdə milli- mənəvi dəyərlərlə bağlı çox maraqlı polemika olub. Gənclərin bir- birindən maraqlı sualları Oqtay müəllim tərəfindən cavablandırılıb.
Və eyni zamanda gənclərə tövsiyə edilib ki, milli- mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar və onu qorusunlar! Görüşdə professor İmaməddin Zəkiyev, nəğməkar şairə Nəsibə İsrafilqızı, Əməkdar jurnalist Faiq Qismətoğlu və iqtisad elmləri namizədi İlqar Məmmədov iştirak ediblər. Şairə Nəsibə İsrafilqızının, professor İmaməddin Zəkiyev in, Əməkdar jurnalist Faiq Qismətoğlunun çıxışları görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb və alqışlanıb.
Görüşün sonunda Oqtay Ərgünəş çıxış edərək iştirakçılara və təşkilatçılara öz minnətdarlığını bildirdi.Dedi ki, bu cür görüşlərə cəmiyyətin və gənclərin çox böyük ehtiyac var!
Emil Faiqoğlu