Şəhərə taksilər gətirilir...
Onsuz da Bakıda nə qədər desən, taksi var.
Qeyri- rəsmi məlumata görə, bu gün paytaxtımızda 60 min insan taksi fəaliyyətilə məşğuldur. Bəlkə də iş yerləri olsa, onlar taksi sürməz və gedib bir işin qulpundan yapışarlar. İş yerə olmadığı ücün də onlar bir işin qulpundan yapışa bilmir, taksi fəaliyyətilə gündəlik çörək pulu aparırlar. Bu həm əhaliyə, həm də onlara sərf eləyir.
Məsələn , bir neçə gün bundan əvvəl biz Yeni Günəşlidən metronun "Xalqlar dostluğu" stansiyasına taksi ilə 2 manat 50 qəpiyə getdik! İndisə deyirlər ki, Bakıya yeni taksilər gətiriləcək və gediş haqqı bahalaşacaq! Niyə qardaş? Məgər camaatın imkanı yaxşılaşıb! Onsuz da metroda və avtobuslarda günün "ças- pik" vaxtlarında sıxlıqdan tərpənmək olmur. Belə anlarda insanlar mənzil başına taksilər gedir. Bunu camaata çox görürsünüz? Bir az maaş təqaüdlər artan kimi o dəqiqə həmin pullar əhalinin əlindən almaq üçün müxtəlif yollar axtarıb tapılar. Bu taksi oyunu da həmin yollardan biridir.
Hələ bir nazir utanmaz-utanmaz deyir ki, taksi xidməti əlçatan olmalı deyil. Nazir qardaş,bəs nə əlçatan olmalıdır? Kasıblar üçün ev almaq əlçatan deyil,maşın almaq əlçatan deyil. Yazıq camaat ucuz taksilərə minirdi, indi onu da əlçatmaz edirsiniz?.
Bəs Allahdan qorxmursunuz?
Emil Faiqoğlu