adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2024 10:06
1531
MƏDƏNİYYƏT

Kamran Qasımov Amerikada münsif kimi iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Real Təhlil İnformasiya Mərkəzinin proqramlaşma departamentinin müdiri, ‘’Cinema Radio’’ Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Los-Angelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası və Televiziya Fondunun təsis etdiyi 43-cü Kollec Televiziya ‘’College Television Awards’’ mükafatlarının təqdim etmə mərasimində, münsiflər heyətinin üzvü kimi iştirak edib.

Adalet.az xəbər verir ki, təqdimat mərasimindən sonra Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb, bu mükafatın vacibliyini və əhəmiyyətini vurğulayıb.

Kamran Qasımov ötən il də Kollec Televiziya Mükafatlarının münsiflər heyətində təmsil olunmuşdu. Kollec Televiziya mükafatları ilk dəfə 1979-cu ildə təqdim edilib. Mükafatın əsas məqsədi kino və televiziya sahələri üzrə təhsil alan tələbələrin, yaxud məzunların fəaliyyətini stimullaşdırmaq, onları yeni layihələrin yaradılmasına təşviq etməkdir.  

Bundan başqa Kamran Qasımov ’’Deadline Hollywood’’ jurnalı və Amerika Rejissorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən ‘’Televiziya iddiaçıları’’ (‘’Television Contenders’’) Forumunda iştirak edib. Forumda ABŞ televiziya şəbəkəsində yayımlanan TV-şoularla bağlı fikir mübadiləsi aparılıb. Forumun panel müzakirələrinə Codi Foster, Kurt Rassel, Kifer Sazerled və digər dünya ulduzları qatılıblar.