Dövlət imtahanları ləğv edildi...
Artıq bütün ali məktəblərdə dövlət imtanları ləğb edilib! Heç şübhəsiz bu, önca tələbələrin ürəyincədir.
Çünki 4 il təhsil alan tələbələr sonda dövlət imtahanları verirdilər. Bu zaman dövlət imtahanlarında uğur qazananlarla yanaşı, " kəsilən" tələbələr də az olmurdu. Əlbəttə, dövlət imtahanlarına hazırlaşmaq, gərgin anlar hər bir tələbədən həyəcan, stress yaradırdı. Bütün bunlar isə onların psixologiyasına, həyat tərzinə mənfi təsir göstərirdi. Ona görə də tələbələrin bu gərginlikdə canları xilas oldu və onlar indi rahat nəfəs alırlar.
Amma müəllimlərin isə rahatlığı əllərindən alınıb. Bir vaxtlar onlar hamısı diaqnostik qiymətləndirmədən keçdilər. Yəni imtahan verib, lazımi qədər nəticə əldə elədilər.Bir balaca rahat nəfəs alırdılar, dedilər ki, yox ey , yemədən imtahan verib sertifikat almalısınız! Heç müəllimi də bu qədər incitmək olar?! Amma bizdə müəllimi nəinki incidirlər, həm də əsəbləri ilə oynayırlar. İmtanlarda keçməyənlər ikinci dəfə imtahan olundular. Bu mərhələdən də keçməyən müəllimlərlə əmək müqaviləsi ləğv olundu və nə qədər insan işsiz qaldı, evinə çörək apara bilmədi. Məgər bu, müəllimə qarşı ədalətsizlik deyil.
Hətta imtahan həyəcanından neçə- neçə müəllim müxtəlif xəstəliklərə tutuldu! Bir sözlə, cəmiyyətdə müəllimi gözdən salmaq istəyirlər, amma hələ də xalqın və cəmiyyətin müəllimə böyük sevgisi var! Ona görə də bu , mənasız imtahanlar ləğv edilməli, müəllimlərin rahat yaşaması və işləməsi üçün onlara normal şərait yaradılmalıdir! Axı, vallah, müəllimlərə bu qədər yormaq, yükləmək elə özü bir haqsızlıq və ədalətsizlikdir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi - FOTO
14 Oktyabr 2026 14:00


Bakı -°C

