02 Iyul 2024 12:45
262
AVTOMABİL

İlk gündən...  

Taksi  xidməti ilə bağlı Tarif Şurasının qərarı artıq iyulun 1- dən qüvvəyə minib.

Elə həmin günü həmişə getdiyimiz  yerə  taksi çağırdıq.  Öncə sifariş etdiyiniz taksi gec gəldi, ikincisi  də  əvvəllər beş manata getdiyimiz  ünvana bu dəfə  səkkiz manata apardı. Elə sözün düzü, belə də  gözləyirdik!  Bizdə hər bir yenilik camaatın başında  çartlayır. Və  belə yenilik heç kimə lazım deyil. O

ndansa, borc- xaricə düşüb avtomobil almaq daha yaxşıdır. Həmin günü taksidən istifadə edən digər dostlarımız da   bu xidmətdən çox narazılıq  etdilər və dedilər ki, bahadır, ikinci dəfə o taksilərə minməyəcəyik!  

Rəyini soruşdugumuz  insanların çoxu baha olduğuna görə, taksi xidmətindən  narazı qaldıqlarını bildirdilər. Və onu da dedilər ki, yeni taksi qiymətləri ortabab və kasıblar üçün deyil, ancaq varlılar üçün  əlverişlidir! Görünür, indən sonra  pensiyçılar və dıgər imkansız adamlar tay taksiyə minə bilməyəcəklər! Heç onların pulu qiymətləri qalxmış metroya və avtobuslara çatmir, o ki, qala taksi ola!

Emil Faiqoğlu