Camaat istidən bişir...
Havalar çox isti olanda kondisionersiz avtobuslarda da mənzil başına gedb çatmaq çətin bir məsələdir.
İlah da ki, yol uzun olanda bu problem ikiqat çətinləşir. Bu gündən, yəni iyulun 10- dan Bakıda havalar daha da isti keçir.Bax , belə bir şəraitdə kondisioner olmayan avtobuslarda getmək, sözün həqiqi mənasında Cəhənnəmi gözü ilə görmək deməkdir. İsti yay günlərində Cəhənnəmi gözü ilə görənlər 50 nömrəli marşrutda mənzil başına gedənlərdir! İyulun 10- da bu avtobusa minəndə yazıq günəşlilərin nə çəkdiyinin şahidi olduq.
Biri deyirdi, istidən boğuldum, bir deyirdi, nəfəs ala bilmirəm, biri də səslənirdi ki, ürəyim gedir, sürücü, avtobusu saxla düşüm. Ürəyi getmək istəyən adama ürək dərmanı verdilər, özünə gəldi! Amma o biri sərnişinlər istidən lap başlarını itirmişdilər. Ümumiyyətlə, 50 nömrəli marşrut mövcud nöqsanlara görə nə qədər tənqid edilsə də , sahibkar heç bir nəticə çıxarmır.
Son vaxtlar gediş haqqı iki dəfə bahalaşsa da , ancaq xidmətin keyfiyyəti yaxşılaşmayıb. İstismar müddəti başa çatmış avtobuslar da hansı xidmətdən danışmaq olar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - BU TARİXDƏN
09 Sentyabr 2026 10:31
FHN tədbir keçirdi - VİDEO
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14


Bakı -°C

