26 Iyul 2024 20:14
175
DÜNYA

"Avropa İttifaqı buna cavab verəcək"

Fransanın "Vətənpərvərlər" partiyasının üzvü Florian Flippo, Avropa İttifaqının dondurulmuş Rusiya akrivlərindən gələn gəlirdən Ukraynaya 1,5 milyard avro ayrılmasını qeri qanuni adlandırıb. Siyasətçinin sözlərinə görə, bu qərar Avropanı gözdən salmaqla yanaşı, buna görə cavab da verməli  olacaq.

 Ukrayna Aİ-dən dondurulmuş Rusiya aktivlərindən gələn gəlirdən 1,5 milyard avro yardım alacaq. Qeyd olunur ki, Kiyev bu yardımları birbaşa özü almayacaq, bu vəsait sadəcə olaraq Ukraynaya yardım göstərən Aİ-yə üzv dövlətlər arasında konpensasiya olaraq bölünəcək.

Flippo özünün X akkautunda bəyan edib ki, bu beynəkxalq hüququ pozan Avropa tərəfindən oğurluqdur. Sitasətçi, Aİ-nin bu qərarının qanusuz olduğunu, Fransa və Aİ-ni hörmətdən saldığını, bu hərəkətin Rusiya tərəfindən cavabsız qalmayacağını bidirib.

 Rüstəm Hacıyev